“Qərblə Ermənistan arasında təhlükəsizlik paktı Moskvada qəzəblə qarşılanacaq” – Rusiyalı politoloq 

Hazırda oxunan: “Qərblə Ermənistan arasında təhlükəsizlik paktı Moskvada qəzəblə qarşılanacaq” – Rusiyalı politoloq 

184886

“ABŞ və Aİ Ermənistanı Rusiyanın milli təhlükəsizlik maraqlarına zidd olan geosiyasi layihələrə cəlb etməyə çalışacaq. Bu, Rusiya üçün kifayət qədər vacib siqnaldır”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində politoloq Denis Denisov aprelin 5-də Brüsseldə keçiriləcək Paşinyan, Blinken və fon der Leyenin üçtərəfli görüşünü şərh edərkən deyib.

“Mən demək istəmirəm ki, Qərb bununla Rusiyanı bezdirməyə çalışır, lakin Moskvada bunu belə qəbul edirlər. Ona görə də Ermənistanın bu cür addımları Moskvada son dərəcə qəzəblə qarşılanacaq”, - Denisov vurğulayıb. 

Ermənistanın Aİ-yə daxil olması ehtimalından danışan ekspert bildirib ki, Aİ-nin hazırda yaşadığı çoxsaylı problemləri nəzərə alsaq, Ermənistanın üzvlük məsələsi birmənalı olaraq prioritet deyil. 
“Hazırda Ermənistanın Aİ-yə tam, hərtərəfli inteqrasiyası ilə bağlı hər hansı konkret və real perspektivdən danışmaq çətindir. İndiki şəraitdə Aİ-nin xarici siyasətlə bağlı o qədər daxili problemləri var ki, Ermənistanın üzvlük məsələsi açıq şəkildə prioritet deyil. Siz gözləməməlisiniz ki, Ermənistanın üzvlük məsələsinə növbədənkənar, hansısa sürətləndirilmiş prosedurlar əsasında baxılacaq. Üstəlik, biz bilirik ki, Avropa Birliyinin kifayət qədər çox sayda meyarları var ki, onlar əsasında danışıqlara başlayırlar. 

Biz bu bəyanatları Rusiya və Ermənistanın ikitərəfli münasibətləri kontekstində nəzərdən keçirə bilərik. Münasibətlər nə qədər pozulursa, belə bəyanatlar da bir o qədər çox olur”,- Denisov bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin