Ermənistan Təhlükəsizlik Şurası Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Onik Qasparyanın müharibənin dördüncü günü baş tutan bir yığıncaqda etdiyi çıxışının səs yazısından bir parçanı yayımlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.
Mənbə yazır ki, keçən həftə Qasparyanın hesabatının mətni qismən ictimaiyyətə açıqlanmışdı, lakin indi bu fraqment səs versiyasında təqdim olunur.
Qasparyan çıxışında döyüş əməliyyatında dəyişikliyin olmadığını, düşmənin irəliləmədiyini bildirir.
Bundan sonra pauza yaranır və yenidən onun səsi eşidilir: "Qoşunlar vəzifələrini yerinə yetirirlər, səhər Cəbrayıl istiqamətində kiçik əks hücuma keçdilər və üstünlüyü ələ aldılar”.
Sonda Qasparyan qeyd edir: "... Ümumilikdə vəziyyət belədir. Biz tapşırıqlarımızı yerinə yetirməyə davam edirik və sona qədər yerinə yetirəcəyik”.
Xatırladaq ki, parlamentin 14 aprel iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan Qasparyanın ötən ilin noyabrında verdiyi açıqlamanı təkzib etmişdi.
Baş Qərargah rəisi daha sonra mesajında qeyd edib ki, Qarabağdakı müharibənin dördüncü günü, yəni sentyabrın 30-da Təhlükəsizlik Şurasının iclasında hərbi əməliyyatların dayandırılmasının vacibliyindən danışıb, əks təqdirdə Ermənistanın resurslarının çox yaxında tükənəcəyini deyib.
Baş nazir Qasparyanın müharibənin dördüncü günü bu barədə danışmadığını söyləyib.
General dərhal “Joxovurd” qəzetinə verdiyi şərhdə "əxlaqsız yalançılardan" başqa bir şey gözləmədiyini qeyd edib.
Bir neçə saatdan sonra Paşinyan qanunun imkan verdiyi qədər stenoqramın yayımlanacağına söz verib.
Bizim.Media