Rusiya XİN-dən İrəvan-Aİ yaxınlaşmasına REAKSİYA: “Qoyun dərisi geyinmiş canavar kimi…” - VİDEO

Hazırda oxunan: Rusiya XİN-dən İrəvan-Aİ yaxınlaşmasına REAKSİYA: “Qoyun dərisi geyinmiş canavar kimi…” - VİDEO

184464

“Rəsmi İrəvanın Avropa İttifaqı (Aİ) ilə yaxınlaşması məsələsinə gəlincə, Ermənistan xalqının xeyrinə olan hər şeyi biz ancaq alqışlaya bilərik. Əsas odur ki, Aİ həmişə olduğu kimi qoyun dərisi altında gizlənən qaniçən canavar çıxmasın. Axı onlar həmişə belə edirlər, yenicə inkişaf tempinə qədəm qoyan dövlətlərin iqtisadiyyatına, daxili həyatına soxulurlar. Məhz elə bu, böyük təhlükədir”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifiqdə deyib.

“Əsas odur ki, boş vədlər olmasın. Onlar firavanlıq vəd edib, qan içirlər və bundan əvvəl firavan və məhsuldar olanı məhv edirlər. Əgər Ermənistana xeyir verəcəksə, Moskva İrəvanı Aİ ilə yaxınlaşmaqdan çəkindirməyəcək”, - deyə Zaxarova qeyd edib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin