“Qazaxın kəndlərindən sonra Zəngəzur təhvil veriləcək” – Erməni polkovnik

Hazırda oxunan: “Qazaxın kəndlərindən sonra Zəngəzur təhvil veriləcək” – Erməni polkovnik

183746

“Hazırda Tavuşda baş verənləri Zəngəzur dəhlizinin açılışı üçün müqədddimə adlandırmaq olar”.

Bizim.Media xəbər verir ki, bu barədə erməni hərbi ekspert, ehtiyatda olan polkovnik Hayk Nahapetyan yazıb.

Onun sözlərinə görə, kəndlərin təhvil verilməsindən sonra Azərbaycan Zəngəzur dəhlizinin açılışı istiqamətində hərəkətə keçəcək.

“Paşinyan da bildirəcək ki, dəhlizi verməsək, müharibə olacaq. Beləliklə, Sünik (Zəngəzur) də Azərbaycanın nəzarətinə keçəcək”, - o bildirib.
Erməni polkovnik qeyd edib ki, 4 kəndin qaytarılması ilə Ermənistanın şimal bölgəsindəki əsas infastruktur və yollar da Azərbaycanın nəzarətinə keçəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin