Ermənistan birtərəfli qaydada Aİ-nin müşahidə missiyasını ölkəsinə dəvət edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
Onun sözlərinə görə, söhbət bu missiyanın Azərbaycan tərəfindən tanınıb-tanınmamasından gedir:
"Mən şübhə edirəm ki, bu mandat orada (Azərbaycan nəzərdə tutulur) anlayışla qarşılanacaq... Bu, İrəvanın birtərəfli qərarıdır, belə bir missiyanın potensial effektivliyi şübhə altındadır”, - Kreml nümayəndəsi qeyd edib.
Bizim.Media