Ermənistanda kişi tapılmır – Hərbçilər müqavilə ilə 63 yaşadək xidmət edəcəklər

Hazırda oxunan: Ermənistanda kişi tapılmır – Hərbçilər müqavilə ilə 63 yaşadək xidmət edəcəklər

18326

Ermənistanda hərbçilər müqavilə yolu ilə 63 yaşadək xidmət edə biləcəklər. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Parlamentdəki çıxışında Paşinyan Azərbaycana hesabat verdi – Erməni mediası yazır


Mənbə yazır ki, "Maariflənmiş Ermənistan" fraksiyasının təqdim etdiyi "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qanuna müvafiq dəyişiklik layihəsi Ermənistan parlamentində ikinci və son oxunuşda qəbul edilib.

Bundan əvvəl qanun layihəsinin müəllifi, “Maariflənmiş Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan belə bir dəyişikliyi təklif etdiyini bildirmişdi, çünki sərhədyanı bölgələrin sakinləri, o cümlədən 50 yaşdan yuxarı kişilər xidmət üçün olduqca uyğun olsalar da, müqavilə ilə xidmət edə bilmirlər:

“Onların çoxu həm 2016, həm də 2020-ci ildə hərbi əməliyyatlarda könüllü olub”.
"Maariflənmiş Ermənistan"ın lideri təəccüb edib ki, belə insanlar müqaviləli əsgər kimi xidmət edə bilmirlər.

O, qeyd edib ki, 20-25 yaşında olan əsgərin fiziki hazırlığı bir çox hərbi ixtisas üçün önəmli deyil:

“Bundan əlavə, hərbi əməliyyatlarda iştirak edərək təcrübə toplayan və eyni zamanda pul qazanmaq imkanı olan sərhədyanı bölgələrin sakinləri könüllü kimi də xidmət edirlər”.

Müdafiə Nazirliyi də öz növbəsində qanun layihəsi ilə bağlı müsbət fikir söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin