18 aprel bazar günü Donbasda qanunsuz silahlı birləşmələrin atəşi nəticəsində Ukraynanın Silahlı Qüvvələrinin bir hərbçisi ölüb, biri yaralanıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “korrespondent.net” saytı Vostok əməliyyat-taktiki qrupuna istinadən yayıb.
MÖVZU İLƏ BAĞLI:
Amerikalı general: “Rusiya ilə müharibə olsa, Ukrayna döyüş meydanında tək qalacaq”
Mənbə bildirir ki, yaralı əsgərə dərhal ilkin tibbi yardım göstərilib və xəstəxanaya təxliyə olunub.
Xatırladaq ki, Roma Papası Fransisk Ukraynanın şərqindəki hadisələri həyəcanla izlədiyini söyləyib və dünya ictimaiyyətini şiddətin artmasının qarşısını almağa çağırıb.
Bizim.Media