“Nikol Paşinyan bilərəkdən insanların hissləri ilə oynayır”.
Bizim.Media xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan bu sözləri öz Telegram səhifəsində Paşinyanın bölgələrə səfərlərinə toxunaraq yazıb. Məlumatı “news.am” saytı yayıb.
“Bölgələri gəzir, adi insanlara yalan danışır, nəsə vəd edir. Bunun isə mümkün olmadığını yaxşı bilir, insanların hissləri ilə bilərəkdən oynayır, öz günahı ilə ölən oğlanlarımızın məzarlarına yaxınlaşmağa cəsarət edir.
MÖVZU İLƏ BAĞLI:
Rusiyanın “Koçaryan” planı nədən xəbər verir?
Paşinyan başqa bir doza almaq üçün hər şeyə hazır olan ümidsiz bir narkoman kimi görünür.
Yalnız istədiyini əldə etmək üçün sevdiklərinə yalan danışmağa, insanlara qızıl dağları vəd etməyə hazırdır” deyə Levon Köçəryan yazıb.
Xatırladaq ki, Vayots Dzora səfəri zamanı Paşinyan Qarabağdakı 44 günlük müharibə zamanı həlak olanların xatirəsini ehtiramla yad etməyə qərar verib. Lakin yerli sakinlərdən biri Paşinyana qohumunun məzarına yaxınlaşmasına icazə verməyib.
Bizim.Media