Ermənistanın Argentinadakı səfiri Ester Mkrtumyan tutduğu vəzifədən və Ermənistana qayıtmaqdan imtina edib.
Bizim.Media blognews.am saytına istinadən xəbər verir ki, səfir ölkəsinə geri qayıtmamaq üçün əvvəlcədən özünə Argentinada hava limanında yeni iş də tapıb. Ester Mkrtumyanın ölkəsində baş verən biabırçı hadisələrə görə Ermənistana qayıtmaq istəmədiyi bildirilir.
MÖVZU İLƏ BAĞLI:
Paşinyana ölən əsgərin məzarına gül qoymağa icazə vermədi - VİDEO
Beynəlxalq münasibətlərdə bu, Ermənistanın nüfuzunu ləkələyən biabırçı bir addım olsa da, ermənilər üçün bu, 2018-ci ildən sonra geniş yayılmış bir praktikadır.
Səfirlərin çoxu istefadan sonra ölkədəki ədalətsizlik və sosial problemlər üzündən qayıtmaqdan imtina edirlər.
Bizim.Media