İranın cənub bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.
Bizim.Media “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
İranda zəlzələ baş verdi
Yeraltı təkanların episentri təxminən 165 min insanın yaşadığı Buşehr şəhərindən 60 km şimal-qərbdə, 10 km dərinlikdə qeydə alınıb.
Dağıntı və tələfat haqda məlumat verilməyib.
Bizim.Media