“Rusiya sərhədçilərinin İrəvan hava limanından çıxarılması çətin ki, Ermənistan və onun vətəndaşlarının təhlükəsizliklə bağlı maraqlarına cavab versin”.
Bizim.Media “Yerevan Today”ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.
Onun sözlərinə görə, məsələ ilə bağlı qərarlar qurumlararası işin yekununda qəbul ediləcək.
Zaxarova qeyd edib ki, İrəvanda “Zvarnots” aeroportundan rusiyalı sərhədçilərin çıxarılması ilə bağlı Rusiyaya qurum xətti ilə bildiriş göndərilib:
“Moskva diplomatik kanallar vasitəsilə heç nə almayıb”.
Xatırladaq ki, martın 12-də Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib ki, erməni sərhədçilər avqustun 1-dən etibarən “Zvarnots” hava limanında xidmətə başlayacaqlar. Bundan əvvəl isə, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ermənistandan “Zvarnots” hava limanında rusiyalı sərhədçilərin işini dayandırması barədə bildiriş aldığını açıqlayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
17:38 / 13.03.2024
Rusiya rəsmən İrəvanı HƏDƏLƏDİ: Əgər sərhədçilərimiz çıxsa…
Hazırda oxunan: Rusiya rəsmən İrəvanı HƏDƏLƏDİ: Əgər sərhədçilərimiz çıxsa…
Hazırda oxunan: Rusiya rəsmən İrəvanı HƏDƏLƏDİ: Əgər sərhədçilərimiz çıxsa…
182425
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.