“Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin KTMT-dən çıxma ehtimalı ilə bağlı bəyanatlarını dinləyib”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Moskva İrəvanla təmasları davam etdirəcək və onun KTMT-yə üzvlüyü ilə bağlı vəziyyəti aydınlaşdıracaq:
"Əlbəttə, biz bu bəyanatları eşitmişik. Təbii ki, indi qarşıda çox iş var. Bizə həm KTMT çərçivəsində, həm də erməni tərəfdaşlarımızla ikitərəfli səviyyədə təmaslar lazımdır. Biz Ermənistan baş nazirinin bəyanatlarına uyğun olaraq aydınlaşdırıb danışacağıq”.
Bizim.Media