Paşinyan: "Başqa ölkəyə ərazi iddiamız yoxdur" - VİDEO

Hazırda oxunan: Paşinyan: "Başqa ölkəyə ərazi iddiamız yoxdur" - VİDEO

182232

“Bura Ermənistan ərazisidir. Bu sərhəddən kənarda bizim heç bir ambisiyamız olmamalıdır (söhbət ərazi ddiasından gedir). Çünki bu ambisiya (ərazi iddiası) bizim zəif yerimiz kimi, qanuni mövqelərimizi sarsıtmaq üçün istifadə olunacaq".

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Ermənistanın xəritəsini göstərdikdən sonra deyib.

"Biz deyirik: bu xəttdən kənarda olanlar bizim deyil, xəritədəki hər şey bizimdir. Məhz bu məntiqlə təhlükəsizliyimizi təmin edəcəyik”, - Paşinyan bildirib.

“Bu gün Ermənistanın sərhədinin harada olduğu millimetr dəqiqliyi ilə məlumdur. Hökumət bu istiqamətdə ciddi işlər görüb. Biz gedib bu sərhədə yerində baxmalıyıq. Bu məsələdə biz problemə aksiomla yox, teorem vasitəsilə baxmağa, sübut etmək üçün hər yerə getməyə, həll yollarını tapmağa hazırıq. Çünki biz Ermənistanı və erməni xalqını sevirik və onlara daha çox əziyyət vermək istəmirik”, deyə Baş nazir Paşinyan bəyan edib.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin