Paşinyan: "Azərbaycana geri qaytarılası kənd yoxdur"

Hazırda oxunan: Paşinyan: "Azərbaycana geri qaytarılası kənd yoxdur"

182215

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, guya respublika ərazisində Azərbaycana geri qaytarılası kənd yoxdur.

Bizim.Media xəbər verir ki, bu sərsəm açıqlama ilə o, bu gün keçirdiyi mətbuat konfransında çıxış edib.

“Müzakirələrin heç birində Ermənistanın Tavuş vilayətində (Ermənistanın şimal-şərqində Qazax rayonu ilə sərhəddə yerləşir - red.) hər hansı kəndin təslim olmasından söhbət getməyib. Azərbaycan tərəfi kəndlərdən və onların adlarından danışanda deməliyəm ki, Ermənistan ərazisində nə sovet dövründə, nə də ondan sonra belə adlar olan kəndlər olmayıb”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, problemlərin həlli üçün 1991-ci il Alma-Ata Bəyannaməsini əsas götürmək lazımdır. "Orada həm Ermənistanın, həm də Azərbaycanın inzibati sərhədləri göstərilib. Mən istisna etmirəm ki, delimitasiya prosesi Tavuş bölgəsindən başlaya bilər", - Paşinyan qeyd edib.
O, həmçinin bəyan edib ki, Ermənistan tərəfi de-yure Ermənistandan kənarda yerləşən kommunikasiyalarını yenidən qurmalıdır.

Xatırladaq ki, Paşinyan yenə öz ampluasındadır. Baxmayaraq ki, bu, ona kömək etməyəcək. Ermənistan ilk mərhələdə Azərbaycan kəndlərini, ən azı 4 kəndi qaytarmalı olacaq. Başqa variant yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin