Rusiya XİN: Qərb Ermənistanı Rusiyaya qarşı alətə çevirmək istəyir

Hazırda oxunan: Rusiya XİN: Qərb Ermənistanı Rusiyaya qarşı alətə çevirmək istəyir

182102

“Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippinin fikirləri Qərbin Ermənistanı Rusiya Federasiyasına qarşı yönəlmiş alətə çevirmək istəyinin birbaşa təsdiqidir”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Hippinin “London “Rusiyadan gələn təhlükələr” qarşısında Ermənistanı dəstəkləməyə hazırdır və bütün məsələ Paşinyanın Ermənistanın KTMT-də iştirakını dondurmaq istəyindədir” fikirlərinə şərhində qeyd edilib.

"Londonun postsovet məkanında, o cümlədən Cənubi Qafqazda atdığı bütün addımların anti-Rusiya mahiyyətini gizlətməkdən əl çəkməsi bizi artıq təəccübləndirmir. Lakin Hippinin etirafı Qərbin Ermənistanı Moskvaya qarşı yönəlmiş xəttin alətinə çevirmək istəyinin birbaşa təsdiqidir", - deyə Rusiya XİN-dən bildirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin