Eks prezidentin kürəkəni 4 il həbs cəzası aldı - FOTO

Hazırda oxunan: Eks prezidentin kürəkəni 4 il həbs cəzası aldı - FOTO

18179

Gürcüstanın sabiq prezidenti Georgi Marqelaşvilinin kürəkəni həbs olunub.

Bizim.Media "Sputnik Georgia"ya istinadən xəbər verir ki, Gürcüstanın Ozurqet rayon məhkəməsi ölkənin eks liderinin kürəkənini 4 il həbs cəzasına məhkum edib.

Xatırladaq ki, Mindiya Qoqoçuri 2020-ci ilin 19 iyulunda saxlanılıb. Saxlanılmaya səbəb onun "Paraqraf" otelində daimi qalan bir nəfərlə mübahisə zamanı əlində odlu silah tutması olub.

İnsident nəticəsində bir nəfər xəsarət alıb. Bununla yanaşı Mindiya Qoqoçuri hadisəyə müdaxilə edən polis əməkdaşının da üzünə yumruq vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin