Ermənistanda təxminən hər 3 qadına 2 kişi düşür.
Bizim.Media xəbər verir ki, bu barədə Dünya Bankının hazırladığı hesabatda məlumat verilir.
Məlumatda deyilir ki, Ermənistan əhalinin cinsi tərkibinə görə dünyada ən acınacaqlı vəziyyətdədir. Belə ki, hazırda Ermənistanda əhalinin 55 faizdən çoxu qadınlardır.
Məlumatda o da qeyd edilir ki, keçmiş sovetlər ölkələri qadınların sayına görə dünyada öndə gedir. Məsələn, Ukrayna qadınların ən çox olduğu ikinci ölkədir. Belə ki, bu ölkədə qadınlar əhalinin 54,08 faizini təşkil edir. İlk üçlüyü isə digər bir keçmiş sovet respublikası Belarus qapadır. Bu ölkədə zərif cinsin nümayəndələri əhalinin 53,96 faizini təşkil edir.
Rusiyada da qadınlar kişilərdən çoxdur. Şimal qonşumuzun əhalisinin 53,56 faizi qadınlardır.
Rusiyadan sonra siyahıda müvafiq olaraq Latviya (53,62 faiz) və Litva (53,03 faiz) yer alıb. Reytinqdə son pillələri Körfəz ölkələri tutur. Qadın əhalinin ən aşağı nisbəti Qətərdədir (27,49 faiz). BƏƏ-də faiz bir qədər yüksəkdir (30,62 faiz). Növbəti sırada isə Bəhreyn qərarlaşıb - 38,04 faiz.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Region
16:44 / 08.03.2024
Ermənistanda kişi qıtlığı YARANDI
Hazırda oxunan: Ermənistanda kişi qıtlığı YARANDI
Hazırda oxunan: Ermənistanda kişi qıtlığı YARANDI
181698
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.