Mirzoyan: “Ermənistan Türkiyə ilə dövlət sərhədlərinin ən qısa zamanda açılmasını istəyir”

Hazırda oxunan: Mirzoyan: “Ermənistan Türkiyə ilə dövlət sərhədlərinin ən qısa zamanda açılmasını istəyir”

181589

“Ermənistan olaraq Türkiyə ilə normallaşma prosesi çərçivəsində dövlət sərhədlərinin ən qısa zamanda açılmasını istəyirik”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Anadolu” agentliyinə açıqlamasında deyib.

O qeyd edib ki, iki ölkənin liderləri, Rəcəb Tayyib Ərdoğan və Nikol Paşinyan arasında daimi təmas var və bu, müsbət dinamikanı təmin edir:

“Hazırda tərəflər iki dövlətin sərhədindəki tarixi Ani körpüsünün bərpası layihəsini müzakirə edirlər. Sərhəd rayonlarında infrastruktur və yolların tikintisi ilə bağlı da müəyyən razılaşmalar əldə olunub”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin