Ermənistanın Baş Naziri Nikol Paşinyan Suriyanın Müstəqillik Günü münasibətilə prezident Bəşər Əsədə təbrik mesajı göndərib.
Bizim.Media-nın “Sputnik Armenia”ya istinadla verdiyi məlumata görə, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Təbrik məktubunda bildirilib ki, Ermənistan humanitar problemlərin həllinə töhfə verməyə və Suriya ilə dialoqu dərinləşdirməyə hazırdır:
“İki ölkə xalqları arasındakı yaxın tarixi əlaqələri və dostluq münasibətləri var. Bu da əməkdaşlıq və əlaqələrin inkişafı üçün real zəmin yaradır. Ümid edirəm ki, Suriya xalqı böhranın nəticələrini tezliklə aradan qaldıracaq və sülh və sabitlik yolunu tutacaq”-deyə Paşinyan Əsədə yazdığı mesajda vurğulayıb.
Ermənistan Baş Naziri Əsədə can sağlığı və uğurlar arzulayıb.
Qeyd edək ki, 17 aprel Suriyada əsas milli və dövlət bayramlarından biri - Müstəqillik Günü qeyd olunur.
Bizim.Media
- A-
- A
- A+
Region
11:50 / 17.04.2021
Paşinyan Bəşər Əsədə məktub göndərdi - “Tarixi dostluq münasibətləri var”
Hazırda oxunan: Paşinyan Bəşər Əsədə məktub göndərdi - “Tarixi dostluq münasibətləri var”
Hazırda oxunan: Paşinyan Bəşər Əsədə məktub göndərdi - “Tarixi dostluq münasibətləri var”
18152
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.