“Mən güman edirəm ki, bizim danışıqlarda üstünlük təşkil edən məntiqimiz Rusiyanın iştirakı ilə danışıqlar formatından mümkün qədər uzaqlaşmaqdır. Bu da bizi avtomatik olaraq Avropa platformalarına sürükləyir”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Almaniyadakı keçmiş səfiri Armen Martirosyan Ermənistan mətbuatına müsahibəsində bildirib.
Martirosyan Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Almaniyada aparılan danışıqları və İlham Əliyevlə Nikol Paşinyan arasında Münhen görüşünü şərh edib:
“Azərbaycanın timsalında hesab edirəm ki, onlar üçün platforma vacib deyil, onlar üçün gündəm və nəticələr önəmlidir. İndi nə baş verdiyini, necə baş verdiyini mühakimə edə bilmirəm, heç bir məlumatım yoxdur. Ola bilsin ki, biz orada özümüzü daha inamlı və rahat hiss edirik, amma azərbaycanlılar üçün məncə, elə də böyük fərq yoxdur. Avropa Parlamentinin bəyanatı başqa, Avropanın icra hakimiyyəti ilə işləmək isə tama başqa məsələdir”, - Martirosyan bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
15:54 / 02.03.2024
Martirosyan: “Azərbaycan üçün platformanın fərqi yoxdur, əsas nəticədir”
Hazırda oxunan: Martirosyan: “Azərbaycan üçün platformanın fərqi yoxdur, əsas nəticədir”
Hazırda oxunan: Martirosyan: “Azərbaycan üçün platformanın fərqi yoxdur, əsas nəticədir”
180798
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.