Ermənistan müdafiə nazirliyi ehtiyatda olan sıravilər və zabit heyəti üçün təlim keçəcək. Bu barədə hökumətin bugünkü iclasında deyilib.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, təlimlərin 2024-cü il aprelin 1-dən iyunun 28-dək keçirilməsi nəzərdə tutulub.
“Ümumilikdə təlim-məşq toplanışlarına 4799 nəfərədək vətəndaşın cəlb olunması nəzərdə tutulub. Onlardan 4353-ü sıravi və kiçik rütbəli zabit, 144-ü yüksək rütbəli zabit, 302-si isə ehtiyatda olan zabitdir.
Təlimə rabitə, kəşfiyyat, mühəndislik və raket artilleriyası sahəsində çalışan mütəxəssislər də qatılacaq.
Qeyd edək ki, Ermənistan Fransanın və regiondan kənardakı müəyyən qüvvələrin köməyi ilə şərti sərhəddə bir neçə yüksəkliyi qəfil hücumla ələ keçirməyi və bununla da danışıqlar prosesində mövqeyini gücləndirməyi planlaşdırır.
Genişmiqyaslı təlimlərin keçirilməsi də çox böyük ehtimalla bu məqsədi daşıyır.
Bizim.Media
- A-
- A
- A+
Region
16:07 / 29.02.2024
Ermənistan müharibəyə hazırlaşır? - İrəvan ehtiyatda olan hərbçiləri toplayır
Hazırda oxunan: Ermənistan müharibəyə hazırlaşır? - İrəvan ehtiyatda olan hərbçiləri toplayır
Hazırda oxunan: Ermənistan müharibəyə hazırlaşır? - İrəvan ehtiyatda olan hərbçiləri toplayır
180464
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.