Ölkəmizin KTMT ilə bağlı mövqeyi artıq bəllidir - Erməni deputat

Hazırda oxunan: Ölkəmizin KTMT ilə bağlı mövqeyi artıq bəllidir - Erməni deputat

180288

“Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı bəyanat hüquqi bəyanat deyil, siyasi dəyərləndirmədir”.

Bizim.Media erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Sarkis Xandanyan deyib.

Onun sözlərinə görə, Ermənistanla KTMT arasında münasibətlərdə heç bir dəyişiklik yoxdur və Ermənistan bir ildən artıqdır ki, Təşkilatın işində iştirak etmir.

“Biz KTMT-nin fəaliyyəti və ya fəaliyyətsizliyi ilə bağlı öz mövqelərimizi dəfələrlə səsləndirmişik. Bu, vəziyyətin konkret ifadəsidir. Bundan sonrakı proseslərin davam edib-etməyəcəyini isə zaman göstərəcək”, - deyə erməni deputat qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin