"Ermənistanın Avropaya doğru irəliləməkdən başqa yolu yoxdur" - Paşinyanın qapalı görüşünün TƏFƏRRÜATI

Hazırda oxunan: "Ermənistanın Avropaya doğru irəliləməkdən başqa yolu yoxdur" - Paşinyanın qapalı görüşünün TƏFƏRRÜATI

180258

“Dünən baş nazir Nikol Paşinyan parlamentin binasına gedib və hakim partiyanın deputatları ilə 2,5 saata yaxın davam edən qapalı iclas keçirib. Fraksiyanın rəsmi bəyanatında bildirilir ki, görüş zamanı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşlər və bununla bağlı məsələlər müzakirə edilib”.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“Nikol Paşinyan və hakim partiya üzvlərinin danışdıqlarının bəzi təfərrüatları məlum olub. Görüşün əvvəlində Paşinyan Münhen səfəri ilə bağlı qiymətləndirmələrini təqdim edərək vurğulayıb ki, o, Qərb platforması vasitəsilə İlham Əliyevlə təmasların bərpası faktını və regionda sülh və sabitliyin təmin edilməsinə, ümumiyyətlə, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına yönəlmiş digər işgüzar görüşləri müsbət hesab edir. 

O bildirib ki, fevralın 28-29-da Berlində Ermənistan və Azərbaycan xarici işlər nazirlikləri rəhbərlərinin nümayəndə heyətlərinin Münhendə görüşü barədə razılıq əldə olunub.

Eyni zamanda, Paşinyan sülh müqaviləsinin imzalanması prosesinin daha qeyri-müəyyən mərhələyə daxil olduğunu qeyd edib. Onun sözlərinə görə, “bizim bununla bağlı sıfır vəziyyətimiz var, çünki Azərbaycan yeni tələblər irəli sürür və yeri gəlmişkən, dünən əsas prinsiplər üzrə razılaşma var idisə, bu gün o, artıq yoxdur”.

O, Ukrayna prezidenti Volodimir Zelenskinin Ermənistana mümkün səfərindən də danışıb və bununla bağlı Münhendə razılığın əldə olunduğunu etiraf edib. Baş nazirin sözlərinə görə, Qərb Zelenskinin Ermənistana səfərini təşkil etməyi təklif edib. Əvvəlcə razılaşıb, lakin bir gün fikirləşdikdən sonra cavab verib ki, əgər bu regional səfərdirsə, yəni Ukrayna prezidenti Azərbaycana səfər edəcəksə, onu İrəvanda qəbul etməyə hazırdır. 

Bununla belə, “Vəətndaş müqaviləsi"nin bəzi üzvləri ehtiyatla etiraz ediblər ki, Zelenskinin Azərbaycana səfəri ümumi maraqlar kontekstində bağışlana bilər, lakin bu, Ermənistana necə təsir edəcək?

Paşinyan deyib ki, bu məntiqə görə, özünü dünyadan təcrid etmək lazımdır, çünki istənilən dövlətlə təmaslar başqa dövlətlə təmas fonunda qəbul edilə bilər. Və o, açıq şəkildə bildirib ki, Ermənistanın Avropaya doğru irəliləməkdən başqa yolu yoxdur və təbii ki, digər strateji tərəfdaşlar bunu ağrılı qəbul edəcəklər.

Paşinyan o qədər təhlükəli bəyanatlar verib ki, hətta bu, Soros qanadının bəzi qərbyönlü deputatlarının da narahatlığına səbəb olub. Belə ki, Mariya Karapetyan bəyan edib ki, Ermənistan və ermənilər Avropa dəyər sistemlərindən kifayət qədər uzaqdırlar və xarici siyasət apararkən bu hal nəzərə alınmalıdır. Paşinyan isə deputatın iradlarına cavab verməyib və bildirib ki, belə bir fikrin mövcud olması təbiidir”, - məqalədə deyilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin