Peskov: "Moskva İrəvandan açıqlama gözləyir" – VİDEO 

Hazırda oxunan: Peskov: "Moskva İrəvandan açıqlama gözləyir" – VİDEO 

179541

“Ermənistanın baş nazir Nikol Paşinyanın rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünün dayandırılması ilə bağlı sözlərindən sonra Rusiya Ermənistan tərəfdən açıqlama gözləyir. 

Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov “Zvezda” telekanalına açıqlamasında deyib. 

Kreml nümayəndəsinin sözlərinə görə, İrəvan hələlik KTMT-yə üzvlüyün dayandırılması ilə bağlı hər hansı rəsmi addım atmayıb: 

“Ermənistan tərəfi bununla bağlı heç bir rəsmi addım atmayıb. Biz həmkarlarımızla əlaqə saxlamaq və bu bəyanatların mənasını aydınlaşdırmaq niyyətindəyik. Burada təfərrüatları başa düşmək çox vacibdir və ümid edirik ki, erməni dostlarımız hər şeyi izah edəcəklər”. 
Qeyd edək ki, fevralın 23-də Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın “France 24” telekanalına müsahibəsində ölkənin KTMT-də iştirakının dondurulduğunu açıqlayıb və bunu qurumun İrəvanla bağlı razılaşmanı yerinə yetirməməsi ilə izah edib. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin