Ermənistan Üçtərəfli Bəyanatın şərtlərini pozub - Erməni ekspert

Hazırda oxunan: Ermənistan Üçtərəfli Bəyanatın şərtlərini pozub - Erməni ekspert

179412

“İndiki vəziyyətdə Ermənistanın mövqeyini başa düşmək çox çətindir və bu, onun mövqeyinin daim dəyişməsi ilə bağlıdır. Ancaq bir şey nəzərə çarpsa, bu mövqe gözünüzün qabağında dəyişə bilər”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində ekspert, beynəlxalq hüquq və siyasət sahəsində mütəxəssis Armen Manvelyan deyib.

“Lakin fakt faktlığında qalır, həqiqətən də 10 noyabr sənədi (Üçtərəfli Bəyanat - red.) ləğv edilib. Bu, ilk növbədə, Ermənistanın indiki siyasi rəhbərliyinin istəyi ilə edilib. Ermənistan hakimiyyəti bu sənədi bütün təkzibləri ilə rədd etdi. Yəni, bütün bunları ləğv edərkən həm də bildirdilər ki, guya bunu ikinci və ya üçüncü tərəf edib. Reallıqda isə bu uğursuzluq bugünkü vəziyyətə gətirib çıxarıb. Yumşaq desək, bu, bugünkü siyasi administrasiyanın yanlış siyasətinin nəticəsidir.
Prinsipcə, onlar Ermənistanın əsas müttəfiqləri olan İran və Rusiya ilə münasibətləri pisləşdirmək yolu ilə gedirlər. Bu da əlavə risklər yaradır. 44 günlük müharibə dövründə belə Ermənistanın təhlükəsizliyi pis vəziyyətdə deyildi. Və ilk növbədə ona görə ki, bu gün Rusiya ilə Qərb arasındakı qarşıdurma (mövcud hakimiyyətin yüngül əli ilə) İrəvanın mərkəzində gedir.

Münhendəki görüşlərə gəlincə, Ermənistan hətta “keçmişlərin" dövrlərində də həmişə dövlət katibləri səviyyəsində görüşlər keçirib. Lakin ölkənin baş nazirinin Münhendə Britaniya kəşfiyyatının rəhbəri ilə görüşməsi çox pis presedentdir. Çünki bu, o səviyyə deyil. Bu həm də o deməkdir ki, Ermənistan sadəcə olaraq kənardan idarə olunmağa başlayır və bu, yaxşı münasibətlərdən xəbər vermir. Söhbət Ermənistanın müstəmləkəçilik siyasətindən gedir”, - ekspert bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin