Paşinyan: “Ter-Petrosyan 2018-ci ildə mənə Qarabağı verməyi təklif etdi”

Hazırda oxunan: Paşinyan: “Ter-Petrosyan 2018-ci ildə mənə Qarabağı verməyi təklif etdi”

17864

Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə günü parlamentin iclasında deyib ki, ilk prezident Levon Ter-Petrosyan ona 2018-ci ilin yayında Qarabağı verməyi təklif edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Sputnik Ermənistan” nəşri yayıb.

"İlk prezident Ter-Petrosyanın 2018-ci ilin iyul ayında keçirdiyimiz görüş zamanı mənə söylədiyi bir sirri açacağam. Sitat gətirirəm: "Torpağı artıq verməlisən”. Nəyin müqabilində? Niyə? Necə? İlk prezidentin o gün formalaşan düşüncəsi heç bir çərçivəyə sığmırdı”, deyə o, qeyd edib.

Ter-Petrosyan bundan əvvəl bəyan etmişdi ki, Paşinyan dərhal istefa verməli, onun toxunulmazlığı qanuni təminatlarla qorunmalı və müvəqqəti mühacirətə getməlidir.  

Keçmiş prezidentin fikrincə, hazırkı baş nazir dövləti gücləndirmək əvəzinə, nəyin bahasına olursa-olsun hakimiyyətini qoruyub saxlamağa çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin