Fevralın 14-də Ermənistanın iqtisadiyyat naziri vəzifəsindən azad edilən Vahan Kerobyana qarşı dövlət tender prosesində sui-istifadə halları ilə bağlı cinayət işi açılıb.
Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Ermənistanın İstintaq Komitəsindən qeyd edilib ki, dövlət tender prosesində sui-istifadə halları ilə bağlı cinayət işi çərçivəsində 7 nəfərə, o cümlədən iqtisadiyyat nazirinin müavininə, iri İT şirkəti "Synergy"nin rəhbərinə qarşı ittiham irəli sürülüb.
Həmin qalmaqala görə Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşı Karlen Simonyanın həyat yoldaşı Ani Gevorkyan həbs olunub.
Bizim.Media
- A-
- A
- A+
Region
02:35 / 16.02.2024
Ermənistanın sabiq iqtisadiyyat naziri həbs oluna bilər
Hazırda oxunan: Ermənistanın sabiq iqtisadiyyat naziri həbs oluna bilər
Hazırda oxunan: Ermənistanın sabiq iqtisadiyyat naziri həbs oluna bilər
178392
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.