Azərbaycanın anklav və eksklav kəndləri məsələsinə istinad edən Ermənistan baş naziri növbəti dəfə guya Azərbaycanın 31 kəndin ərazilərini işğal altında saxladığını iddia etməsi siyasi manipulyasiyanın tərkib hissəsidir.
Bu barədə Bizim.Media Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
"Əvvəlki bəyanatlarında belə kəndlərin 32 olduğunu bildirən baş nazirə xatırlatmaq istərdik ki, Azərbaycanın səkkiz kəndinin geri qaytarılmasına dair Ermənistanın öhdəlikləri mövcuddur.
Həmçinin, 1991-ci ilin sərhədləri və Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünə və delimitasiyanın həyata keçirilməsinə istinad edən Ermənistan tərəfinin son 35 ilə yaxın müddətdə nəyə görə bu xəritələrə və razılıqlara əməl etmədiyinə, Sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə, Azərbaycan ərazilərini işğal etdiyinə izahat verməsi yaxşı olardı", - deyə əlavə edilib.
Bizim.Media
- A-
- A
- A+
Region
17:17 / 15.02.2024
"Azərbaycanın 8 kəndinin geri qaytarılmasına dair Ermənistanın öhdəlikləri var" - XİN
Hazırda oxunan: "Azərbaycanın 8 kəndinin geri qaytarılmasına dair Ermənistanın öhdəlikləri var" - XİN
Hazırda oxunan: "Azərbaycanın 8 kəndinin geri qaytarılmasına dair Ermənistanın öhdəlikləri var" - XİN
178338
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.