Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirilən parlamentin iclasında kapitulyasiya aktından sonra onun komandasını tərk edən müstəqil deputat Qor Gevorqyanın sualını cavablandırmaqdan imtina edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan kapitulyasiya aktına hansı şərt daxilində qol çəkib? – DETALLAR AÇIQLANDI
Mənbə yazır ki, deputat Baş nazirin çıxışından sonra parlamentin iclas salonunda səslənən alqışlardan utandığını söyləyib.
O xatırladıb ki, ölkə müharibəni uduzub, minlərlə ölü, çox sayda əsir var və xalq matəm içindədir:
“Və bu vəziyyətdə hakim "Mənim addımım" blokunun nümayəndələri liderlərini bu formada dəstəkləyirlər. Siz baş nazir olaraq ən azından komandanızın üzvlərini cilovlamalısınız".
Bu sərt çıxışdan sonra Paşinyan onun sualına cavab verməyib.
“Əgər siz Ermənistandakı hakim parlament çoxluğunun Ermənistanın və Qarabağın gələcəyinə inandığından utanırsınızsa, bu, sizin probleminizdir. Bura necə gəlib oturmusunuz? Hardan gəlmisiniz, kimsiniz? Suallarınızı cavablandırmayacam. Bunu etməyi lazım hesab etmirəm. Əgər "sizin komandanız" ifadəsini işlədirsinizsə, deməli sual vermək hüququnuz yoxdur. Suallarınızı cavablandırmayacağam”, deyə Paşinyan bildirib və unudub ki, o, deputatların bütün suallarına cavab verməlidir.
Qeyd edək ki, Nikol Paşinyan hökumətin 2020-ci ildəki fəaliyyətinə dair hesabatı zamanı hakim çoxluğa müraciət edib:
“Ruhdan düşməyin, başınızı uca tutun, çünki Ermənistanın, Qarabağın gələcəyi var”.
O, çıxışında son 3 ildə ölkədə baş verənlərdən sonra komandası ilə Ermənistanla Qarabağın gələcəyini necə quracağını açıqlamayıb.
Bu vaxt hakim “Mənim addımım” blokundan olan deputatlar onu ayaqüstə alqışlayıblar.
Bizim.Media