Paşinyandan anklavlarla bağlı sərsəm açıqlama: "Son mərhələdə həll olunsun"

Hazırda oxunan: Paşinyandan anklavlarla bağlı sərsəm açıqlama: "Son mərhələdə həll olunsun"

178275

"Ermənistan Azərbaycanla hər bir region üçün ayrıca delimitasiya variantına razıdır".

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Ermənistan hökumətinin iclasında deyib.

Onun sözlərinə görə, İrəvan sərhədin hər bir hissəsinin xəritədə əks olunması variantının əleyhinə deyil:

"Bundan sonra qoşunların mövqeləri yoxlanılır".

Baş nazirin fikrincə, delimitasiya üçün iki variant var:

"Onu bütün sərhəd boyunca və ya hər bir hissə boyunca aparmaq".

Paşinyan çıxışı zamanı anklav/eksklav məsələlərinə də toxunub:

"Bunlar son mərhələdə həll olunsun".

Qeyd edək ki, Qazaxın 7, Naxçıvanın isə 1 kəndi indiyədək erməni işğalındadır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin