İran Qara dənizədək Azərbaycandan yox, Ermənistandan keçən marşruta üstünlük verir.
Bizim.Media xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistan marşrutu Azərbaycan marşrutundan iki gün qısadır.
Bundan əlavə, o əlavə edib ki, Tehran Ermənistan hökumətinin “Sülhün kəsişməsi” təşəbbüsünü dəstəkləyir:
"İranın bu məsələdə mövqeyi çox aydındır və biz bunu həmişə vurğulamışıq. Yollar keçdiyi ölkənin suverenliyi altında olmalıdır. Biz regionda sərhədlərin dəyişdirilməsinin, geosiyasi dəyişikliklərin əleyhinəyik".
"Azərbaycan Ermənistana “hücum” edərsə, İran hansı addımlar ata bilər?" sualına isə səfir belə cavab verib:
"Ehtimallara əsaslanaraq qiymətləndirmə aparmaq olmaz. Bizim hərəkətlərimizə gəlincə, bu, Ermənistan hakimiyyətinin mövqeyindən asılıdır".
Səfir, eyni zamanda jurnalistlərin "Rəsmi Tehran Hindistan silahlarının Ermənistana verilməsinə necə baxır?" sualını belə cavablandırıb:
"Biz Ermənistanın güclənməsinin tərəfdarıyıq və ona hər şeydə kömək etməyə hazırıq. Regionda güc balansı sülhə gətirib çıxaracaq".
Bizim.Media
- A-
- A
- A+
Region
17:46 / 06.02.2024
İranın Ermənistandakı səfirindən qalmaqallı AÇIQLAMALAR
Hazırda oxunan: İranın Ermənistandakı səfirindən qalmaqallı AÇIQLAMALAR
Hazırda oxunan: İranın Ermənistandakı səfirindən qalmaqallı AÇIQLAMALAR
176840
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.