“Qərbin etdiyi hər şey Qafqazın təhlükəsizliyinə və Rusiyaya qarşı istifadə olunacaq. Qərb əməkdaşlıq etməyəcək, sadəcə olaraq bu, pulsuz pendiri olan siçan tələsidir. Qərbin konkret və aydın məqsədi var, bunu son dövrlərin və onilliklərin bütün hadisələri göstərir”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində istefada olan rusiyalı general-leytenant Leonid Reşetnikov baş nazir Nikol Paşinyanın "Ermənistan müdafiə sahəsində əməkdaşlığı təkcə Rusiya ilə inkişaf etdirə bilməyəcək" fikrini şərh edərkən deyib.
“Ermənistanın qarşısında xarici siyasət vəzifəsi durur. Qərb isə bu tapşırığı Ermənistanı yeni olmasa da yaxşı silahlarla təmin etməklə yerinə yetirəcək. Və bundan istifadə edərək, o, Ermənistanı Cənubi Qafqazda özünə dayaq ölkə kimi Gürcüstanla birlikdə inkişaf etdirəcək. Hadisələrin bu gedişi Rusiya ilə münasibətlərin kəskin şəkildə korlanmasına gətirib çıxaracaq və Qafqaz regionunun təhlükəsizliyini şübhə altına alacaq. Bu, yaxşı heç nə ilə nəticələnməyəcək.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanı tamamilə NATO-nun himayəsi altına keçirmək üçün uydurur. Bizə başqa silahlar lazımdır və s. Rusiya bizə az, Azərbaycana çox silah verir. Bunlar hamısı hiylələrdir. Biz Baltikyanı ölkələrlə, Ukrayna ilə artıq bunu görmüşük. Bütün bunlar Ermənistanın KTMT zonasından çıxarılması və NATO çətiri altına keçməsi üçün deyilir. NATO-nun himayəsi altına keçəndə isə Brüsselin qarşıya qoyduğu vəzifələri yerinə yetirəcək.
Ermənistan Paşinyanın rəhbərliyi altında bütün nəticələri ilə Ukrayna və Baltikyanı ölkələrin yolunu seçdi. Və bu nəticələr nə vaxtsa özünü göstərəcək. Ölkəni bir təhlükəsizlik zonasından digərinə köçürmək kimi bu cür oyunlar çox risklidir və fəlakətlə başa çatacaq”, - Reşetnikov bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
17:38 / 06.02.2024
Ermənistan Ukrayna yolunu seçib - Rusiyalı general
Hazırda oxunan: Ermənistan Ukrayna yolunu seçib - Rusiyalı general
Hazırda oxunan: Ermənistan Ukrayna yolunu seçib - Rusiyalı general
176837
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.