Ermənistanın paytaxtı İrəvanda “mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidə”ni ləkələyən Samvel Şirinyan barəsində ilkin hökm çıxıralıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Hökmə əsasən onun ölkədən çıxışına qadağa qoyulub.
Məlumata görə, Şirinyan Ermənistan Cinayət Məcəlləsinin nifrət, ayrı-seçkilik, dözümsüzlük və ya düşmənçiliyin qızışdırılması və ya təşviq edilməsi məqsədi daşıyan açıq bəyanatlar, habelə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə bu məqsədlə materialların yayılması maddəsi ilə ittiham olunur və 4 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Bizim.Media
- A-
- A
- A+
Region
23:18 / 02.02.2024
İrəvanda abidəni ləkələyən erməniyə ilkin hökm çıxarılıb
Hazırda oxunan: İrəvanda abidəni ləkələyən erməniyə ilkin hökm çıxarılıb
Hazırda oxunan: İrəvanda abidəni ləkələyən erməniyə ilkin hökm çıxarılıb
176340
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.