“Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə müdafiə sektorunda əməkdaşlığı ilə bağlı alçaq bəyanatla çıxış edib”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Viktor Sobolev NEWS.ru-ya açıqlaması zamanı bildirib.
O, Paşinyanın Moskvanın artıq İrəvanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməyəcəyi barədə sözlərinə belə münasibət bildirib:
“Mən bu bəyanatdan şoka düşdüm, çünki Ermənistanda Rusiyanın hərbi bazaları var: aviasiya bazası, bütöv bir diviziya. Və Baş nazir belə bəyanatlar verir. Görünür, o, tamamilə ABŞ-ın təsiri altına düşüb. Çünki onlar Mərkəzi Asiyada, Uzaq Şərqdə, Şimal-Qərbdə anti-Rusiya fəaliyyətini gücləndirirlər. Bu, gözlənilən idi, lakin məhz Paşinyan tərəfindən alçaqlıqdır”.
Qeyd edək ki, Nikol Paşinyan ötən gün ölkənin İctimai Radiosuna müsahibəsində deyib ki, Rusiya “obyektiv və subyektiv” səbəblərə görə artıq Ermənistanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməz. O qeyd edib ki, əvvəllər sadalanan sahələrdə əlaqələrin 95-97%-i Rusiya Federasiyasının payına düşürdü.
Bizim.Media
- A-
- A
- A+
Region
21:11 / 02.02.2024
General: “Paşinyanın son bəyanatı alçaqlıqdır”
Hazırda oxunan: General: “Paşinyanın son bəyanatı alçaqlıqdır”
Hazırda oxunan: General: “Paşinyanın son bəyanatı alçaqlıqdır”
176327
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.