“Ermənistan Rusiya peyvəndinin istehsalından imtina etməyib, amma...” - Avanesyan problemdən danışdı

Hazırda oxunan: “Ermənistan Rusiya peyvəndinin istehsalından imtina etməyib, amma...” - Avanesyan problemdən danışdı

17591

“Ermənistan Rusiyanın “Sputnik V” peyvəndinin istehsalından imtina etməyib”.

Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə naziri Anait Avanesyan bildirib.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi istehsalın təşkili üçün danışıqlar aparır. Nazir bunun üçün infrastruktur və təlim keçmiş kadrlara ehtiyac oldğunu dilə gətirib.

Avanesyan vətəndaşlara peyvəndlər haqqında geniş məlumat veriləcəyini vurğulayıb.  

“Lakin onlar müstəqil olaraq özləri üçün dərman seçə bilməyəcəklər”,- deyə o qeyd edib.

Səhiyyə Nazirliyinin Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktor müavini Gayane Sahakyan isə bildirib ki, Ermənistanda təqribən 600 nəfər peyvənd növbəsinə yazılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin