Qaribaşvilinin ardınca bütün hökumət istefaya gedəcək

Hazırda oxunan: Qaribaşvilinin ardınca bütün hökumət istefaya gedəcək

175667

Xəbər verdiyimiz kimi Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verib. 

Bizim.Media ölkə KİV-nə istinadən xəbər verir ki, Qaribaşvilinin istefasından sonra bütün hökumət istefaya gedir.

Belə ki, Gürcüstan Konstitusiyasına görə, Baş nazirin səlahiyyətləri onun istefasından dərhal sonra başa çatır. Hökumət yeni Baş nazir təyin olunana qədər öz vəzifələrini icra etməyə davam edir və hökumət başçısının vəzifələri Baş nazirin birinci müavininə həvalə edilir.
Bildirilib ki, parlament iki həftə ərzində hakim “Gürcü Arzusu” partiyasının irəli sürdüyü baş nazir namizədinin təklif etdiyi yeni hökuməti təsdiq etməli olacaq. Parlamentdə hökumətin tərkibi ilə yanaşı, hökumət proqramı da təqdim olunacaq. Yeni hökumət 76 deputatın dəstəyini almalıdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin