İranda prezident seçkilərinə buraxılan namizədlərin adları 26-27 may tarixlərində açıqlanacaq.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, namizədlərə mayın 28-dən 16 iyuna qədər təbliğat-təşviqat kampaniyası aparmalarına icazə verilir. 17 iyun və səsvermə günü təşviqat qadağan ediləcək.
MÖVZU İLƏ BAĞLI:
İranın Xarici İşlər Nazirliyindən sərt AÇIQLAMA
İslam Respublikasının qanunlarına görə, qeydiyyatdan keçdikdən sonra seçki yarışında iştirak etmək istəyənlər İran Konstitusiyasının Qəyyumlar Şurası tərəfindən təsdiqlənməlidir.
Namizədlər siyahısına daxil olmaq üçün müraciətlər 15 may tarixinədək qəbul ediləcək. Prezident seçkiləri iyunun 18-də keçiriləcək.
Bizim.Media