“İlham Əliyevin açıqlamaları, eləcə də son bəyanatı yeni deyil. Onların öz xətti var və ona sadiq qalırlar. Yəni İlham Əliyevin bütün açıqlamalarını müqayisə etsək, görərik ki, bu açıqlamalarda heç bir ziddiyyət yoxdur”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində politoloq Arqişti Kiviryan deyib.
“Digər sual ondan ibarətdir ki, Nikol Paşinyan və komandası Ermənistan cəmiyyətini çaşdırmağa çalışır. Baxın, çoxdan deyirlər ki, razılaşma var, məqamlar təqdim olunub, getdik, imzalayırıq. Amma o vaxt Azərbaycan tərəfi susdu. Bundan sonra İlham Əliyev bir daha izah etdi ki, heç nə qərarlaşdırılmayıb. Əsl xəbər onun dedikləridir.
Sadəcə olaraq, 2020-ci il müharibəsindən sonra bizdə belə bir ənənə formalaşıb ki, Ermənistanın həm xarici, həm də daxili siyasi xəttini İlham Əliyev müəyyənləşdirir. Azərbaycan tərəfi Ermənistanda siyasi qərar qəbul edən tərəfə çevrilib”, - deyə politoloq bildirib.
Bizim.Media