Baş nazir Nikol Paşinyan Ermənistanın yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Sputnik Ermənistan" nəşri yayıb.
“Mənim və bir sıra həmkarlarımın fikrincə, bu, daha geniş müzakirə mövzusuna çevrilməlidir. Ermənistanın konstitusiya dəyişikliklərinə deyil, yeni Konstitusiyaya ehtiyac var". Hökumətin mətbuat xidməti onun dediklərindən sitat gətirib.
O qeyd edib ki, dünyada dəyişikliklər baş verir və bu, istər-istəməz Cənubi Qafqaz regionuna, eləcə də Ermənistana təsir edəcək.
Xatırladaq ki, rəsmi İrəvan, nəhayət, həm tarixi həqiqətləri, həm də bölgədə yaranmış yeni reallıqları nəzərə almalı, öz konstitusiyasından “Ermənistan Dağlıq Qarabağın təminatçısdır” kimi məhfumları çıxarmalı, sülhə gedən yola əngəl törətməməlidir.
Bundan əlavə, haylar dövlət gerbindən Türkiyə ərazisində yerləşən Ağrı dağının təsvirini çıxarmalı, onu “Ararat dağı” adlandırmaqdan “erməni xalqının simvolu” hesab etməkdən əl çəkməlidirlər.
Əslində, Nikol Paşinyanın parlamentdə bununla bağlı çıxışı da olmuşdu. Amma Ermənistanda radikallar və revanşist düşüncədə olanlar bu məsələdə də Paşinyana müqavimət göstərmişdilər.
İndi görünür, baş nazir sülh müqaviləsinin reallaşması üçün bu əngəlləri (Konstitusiyada qeyd edilənləri) aradan qaldırmaq fikrinə düşüb. Ancaq unutmayaq ki, Ermənistanda beyinlər kifayət qədər zəhərlənib. Hətta, konstitusiyadan o maddələri çıxarsalar belə, bir qrup radikal-revanşist erməni yenə də Türkiyə və Azərbaycana qarşı mübarizəyə başlayacaq.
Bizim.Media
- A-
- A
- A+
Region
14:48 / 19.01.2024
Paşinyan tarixi səhvi düzəldir: "Bizə yeni Konstitusiya lazımdır"
Hazırda oxunan: Paşinyan tarixi səhvi düzəldir: "Bizə yeni Konstitusiya lazımdır"
Hazırda oxunan: Paşinyan tarixi səhvi düzəldir: "Bizə yeni Konstitusiya lazımdır"
174168
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.