"ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Corc Kentin son çıxışında bəzi məqamlara eyham vurulub. Belə ki, Ağ Ev Ermənistan-Azərbaycan münaqişəsinin həllini ermənilərin Dağlıq Qarabağdan çıxmasında görür. Vaşinqton "Artsax"ın Azərbaycana verilməsinin tərəfdarıdır".
Bizim.Media "yerkramas"a istinadən xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan özünün sosial şəbəkə hesabında bölüşüb.
Politoloq bildirib ki, ABŞ rus sülhməramlıları ilə bağlı Azərbaycanın etirazını gözləyir:
"Yəni Bakı rusların regiona həmişəlik gəldiyini desə, Amerika işə qarışacaq. Çünki Vaşinqton problemin həll olunmasını Dağlıq Qarabağın Azərbaycana verilməsi və ermənilərin oradan çıxmasında görür".
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Region
11:19 / 10.04.2021
Ermənilərin Dağlıq Qarabağdan çıxmasına Ağ Evdən EYHAM - "Artsax" Azərbaycana verilir? - FOTO
Hazırda oxunan: Ermənilərin Dağlıq Qarabağdan çıxmasına Ağ Evdən EYHAM - "Artsax" Azərbaycana verilir? - FOTO
Hazırda oxunan: Ermənilərin Dağlıq Qarabağdan çıxmasına Ağ Evdən EYHAM - "Artsax" Azərbaycana verilir? - FOTO
17414
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.