Ermənistanın Baş naziri Nikol Paşinyanla ölkənin ikinci prezidentinin oğlu, deputat Levon Köçəryan arasında dava düşüb.
Bizim.Media xəbər verir ki, ölkə parlamentində keçirilən hökumət saatında Köçəryan baş nazirə müraciət edərək onun təhlükəsizlik siyasətinin iflasa məhkum olduğuna inanıb-inanmadığını soruşub.
MÖVZU İLƏ BAĞLI:
Paşinyandan GERİ ADDIM – Rusiyanın üzünə bağlanan qapılar yenidən AÇILIR…
Bu zaman isə Köçəryan baş nazirə adla və “sən” deyə müraciət edib. Bu isə hakim partiyanın deputatlarının emosional reaksiyasına səbəb olub.
Daha sonra tribunaya çıxan Paşinyan çıxışından öncə deputata gələcəkdə suallarını daha düzgün ünvanlamağı tövsiyə edib.
Bizim.Media