Koltaşov: “Ermənistan Qərbin oyuncağı, Azərbaycan isə müstəqil gücdür” – VİDEO 

Hazırda oxunan: Koltaşov: “Ermənistan Qərbin oyuncağı, Azərbaycan isə müstəqil gücdür” – VİDEO 

173212

“Danışıqların baş tutması İrəvandan daha çox Bakıdan asılıdır. İrəvandan çox az şey asılıdır. Əgər münaqişədən danışırıqsa, o zaman İrəvan hərbi-iqtisadi mənada daha zəif tərəfdir”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində Siyasi İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Vasili Koltaşov deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarına da diqqət çəkib:

“Burada təəccüblü heç nə yoxdur. Hər şey kifayət qədər şəffafdır. Yəni Azərbaycana görə bir dəhliz var. Ermənilər başqa dəhlizi xahiş edirsə, onda Azərbaycanın şərtlərini qəbul etməlidirlər. Halbuki, yeni dəhliz hər iki tərəfə daha çox şey əldə etməyə imkan verəcək. 

Bu bir reallıqdır. Ona görə də indiki şəraitdə Ermənistanın nəyisə, hardasa, güzəştə getməmək üçün Qərbin ipləri ilə oynaması yersiz cəhddir. Mənə elə gəlir ki, Ermənistanın hazırkı strategiyası o qədər də effektiv deyil. Hazırda Azərbaycan rəhbərliyi strateji gözləmə mövqeyindədir. Çünki hadisələrin inkişafı Azərbaycana yeni imkanlar və fürsətlər verir. Ona görə də Azərbaycan bu fürsətlərdən daha yaxşı faydalanmaq üçün məqam gözləyir. Yəni Azərbaycan indiki halda heç nəyə tələsmir”.

Vasili Koltaşov Ermənistanın Rusiyaya qarşı siyasətini də sərt tənqid edib:

“Baxın, İrəvan Qərbin oyucağıdır.. Amma Bakı belə deyil. Azərbaycan kiminsə oyuncağı deyil. Azərbaycan Qərb administrasiyasından asılı olmayan bir ölkədir. Yəni Azərbaycan o qədər müstəqildir ki, o Ermənistan kimi Qərbdən pul istəmir, telefon zəngi ilə idarə olunmur. Ən əsası rəsmi Bakı Vaşinqtondan idarə olunmur. Azərbaycan müstəqil oyunçudur, amma Ermənistan oyunçu deyil. 

Bakı da başa düşür ki, Ermənistan oyunçu deyil. Ən əsası Ermənistan rəhbərliyi qərarlarında müstəqil deyil. Yeri gəlmişkən, bunu Moskvada da çox gözəl başa düşürlər. Ona görə də “Rusiya bizi xilas etmədi” deyən ermənilərə demək istəyirəm ki, “dayanın!”. Bəyəm Ermənistan var ki? Axı, Ermənistan öz müstəqilliyini Qərbə çoxdan təslim edib?!

KTMT-yə qarşı çıxan və “KTMT-nin tamamilə yararsız bir təşkilatdır, oradan çıxaq”, Aİİ-yə, Rusiyaya və Rusiya prezidentinə qarşı aparılan biabırçı kampaniya aparanlardan soruşmaq istəyirəm:

“Ermənistan varmı?”

Siz heç düşündünüzmü ki, Azərbaycanla Türkiyə niyə bu qədər yaxındır? Onları bir-birinə nə bağlayır? Hansı səbəblərə görə onlar bir-birini bu dərəcədə müdafiə edir? Axı, Fransa gəlib nəyi müdafiə etdi? Fransadan kim gəlib Ermənistanı qoruyacaq? Fransa Afrikadakı uran mədənlərini qoruya bildi ki, gəlib Ermənistanı da qorusun? 

Dönün Fransanın daxili sosial vəziyyətinə baxın. Doğrudanmı, Fransa Ermənistanın müdafiəsinə qalxıb müharibədə qalib gələ bilər? Bütün bu olanlardan sonra Moskva da başa düşdü ki, Ermənistan rəhbərliyi Rusiyanın düşmənidir. Necə düşünürsünüz? Rus əsgəri ermənilər üçün ölümə getməlidir, Ermənistanın siyasi rəhbərliyi də bunun əvəzində xaincəsinə Rusiyanın kürəyinə xəncər saplamalıdır?!

Çox təəssüf ki, Rusiyadan mənzərə bu gün belə görünür. Bilmirəm Ermənistanda bunu necə qarşılayırlar. Amma Rusiyada həqiqət hər kəsə aydındır. 

Bir daha təkrarlayıram. Əgər bu gün Ermənistan hələ də mövcuddursa bu, Fransanın xidməti deyil. Bu inanın ki, Ermənistan ərazisində olan rus hərbçilərinin xidmətidir”.
 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin