İstifadəyə yararsız təyyarə raketləri almaqda və 4,6 milyon dolları mənimsəməkdə ittiham olunan Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbsdə qalacaq. Məhkəmə həbs qətimkan tədbirini dəyişdirməkdən imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a vəkil Andranik Manukyan bildirib.
Hakim Vahe Dalmazyanın sədrliyi ilə keçirilən Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi müdafiə tərəfinin Tonoyana qarşı həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini rədd edib.
Xatırladaq ki, sabiq müdafiə naziri sursat təchizatında sui-istifadədə ittiham olunur.
O, 2021-ci ilin sentyabrından həbsdədir. Bu işdə həmçinin Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Artak Davtyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan, Müdafiə Nazirliyinin Aviasiya Baş İdarəsinin keçmiş rəisi Avetik Muradyan, Müdafiə Nazirliyinin Aviasiya İdarəsinin Aviasiya Texniki Avadanlıq Xidmətinin rəisi Artem Ambaryan, Aviasiya şöbəsinin baş mühəndisi Vladimir Babayan və silah sövdələşmələri ilə məşğul olan iş adamı David Qalstyan təqsirləndirilir.
İstintaq onları istifadəyə yararsız təyyarə raketlərinin alınmasında iştirakda və 4,6 milyon dollar vəsaitin mənimsənilməsində ittiham edir. Onlar öz günahlarını etiraf etmirlər.
Bizim.Media
- A-
- A
- A+
Region
17:32 / 10.01.2024
Ermənistanın keçmiş müdafiə naziri həbsdə qaldı
Hazırda oxunan: Ermənistanın keçmiş müdafiə naziri həbsdə qaldı
Hazırda oxunan: Ermənistanın keçmiş müdafiə naziri həbsdə qaldı
172804
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.