Əvvəl Rusiya, indi İran.. – Paşinyan müttəfiqlərindən niyə ÜZ ÇEVİRİR?

Hazırda oxunan: Əvvəl Rusiya, indi İran.. – Paşinyan müttəfiqlərindən niyə ÜZ ÇEVİRİR?

172771

Bir sıra erməni politoloqları son günlər bəyan edir ki, İran Ermənistana silah, hərbi sursat satmaqda maraqlıdır. Amma Paşinyan hökuməti İrandan silah almaqdan qorxur. Məlumata görə, erməni baş nazir İrandan gələn silahları almağa tərəddüd edir. 

Qeyd edək ki, İran Ermənistanla sıx bağlıdır. Tehran hər zaman İrəvana dəstək olub. Hətta əvvəlki illərdə bu ölkəyə müəyyən qədər silah da verib.

İran indi də Zəngəzur məsələsini özünün “qırmızı xətti” elan edərək, ümumən onun reallaşmasına qarşıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyandan GERİ ADDIM – Rusiyanın üzünə bağlanan qapılar yenidən AÇILIR…


Lakin yuxarıda qeyd edilən açıqlama belə deməyə əsas verir ki, Paşinyan artıq İrandan silah almaqdan çəkinir. Əvəzində son zamanlar İrəvan Fransa və Hindistandan silah alışını artırıb. 

Paşinyan görəsən, İrandan silah almaqdan niyə qorxur? 

Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirir ki, Paşinyanın İran silahlarını almaqdan çəkinməsi yürütdüyü qərbyönümlü siyasətlə bağlıdır:

“İran Qərbin embarqo qoyduğu ölkələrdən biridir. Bu mənada İranla hərbi sahədə əməkdaşlıq Paşinyanın qərbyönümlü siyasətinə ciddi zərbə vura bilər. Digər tərəfdən, İranın satacağı silahlar müasir müharibələrdə güc nümayiş etdirmək qabiliyyətinə malik deyil. 

İran silahlarına dünya bazarlarında tələbat yoxdur. Bu amil də Paşinyanı İran silahlarını almaqdan çəkindirir. Paşinyan anlayır ki, İran silahları özünün arzu etdiyi səpkidə ordusunu təkmilləşdirməyə imkan verməyəcək”. 

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin