"Bakıdan gələn son açıqlamaları təhlil etsək, əminliklə deyə bilərik ki, Azərbaycan hələ də Zəngəzur marşrutunun Ermənistan ərazisindən keçmə variantından əl çəkməyib".
Bizim.Media xəbər verir ki, bunu rusiyalı hərbi-siyasi analitik Aleksandr Xramçixin erməni mətbuatına müsahibəsində deyib.
Onun sözlərinə görə, artıq bu məsələdə geosiyasi konsensusun olduğu göz qabağındadır, çünki Azərbaycan bu layihəni yeni təkan və daha çox inamla irəli sürməyə çalışır:
"Xatırlatmaq istərdim ki, ötən il müəyyən şəraitə görə Azərbaycan Ermənistan ərazisindən keçən bu layihədən imtina edərək, İran ərazisindən yeni yol çəkmək qərarına gəlib.
Ancaq çox güman ki, bu, baş verməyəcək, çünki Azərbaycan istənilən halda marşrutun erməni variantını istəyir. Rəsmi Bakı müharibədən sonrakı bütün razılaşmalara görə maksimum nəticə əldə etməyə çalışır və yüz faiz buna nail olur".
Analatik hesab edir ki, bu məsələdə bütün geosiyasi mərkəzlərin öz ideyaları, maraqları və ssenariləri var:
"İran, Rusiya və Türkiyənin mövqeləri bu prosesə ciddi təsir göstərəcək. Burada önəmli olan İrəvanın bəyanatları deyil, konkret addımlarıdır. İrəvan bundan faydalanmaq istəyirsə, ilk növbədə Cənubi Qafqazda tərəfdaşlıq qurmalıdır, çünki Qərb hələ çox uzaqdadır. Bu gün Ermənistanın xarici siyasi hesablamaları Qərbdən asılı olan ümidlər üzərində qurulub.
Deməli, Azərbaycanın bu layihəni həll etmək arzusu var. Aydındır ki, bütün region ölkələri bu layihənin fəaliyyətindən faydalanacaq. İrəvan isə bu məsələdə konkret addımlar atmalıdır".
Bizim.Media
- A-
- A
- A+
Region
16:00 / 09.01.2024
Zəngəzur marşrutu ilə bağlı İrəvan konkret addımlar atmalıdır - Rusiyalı analitik
Hazırda oxunan: Zəngəzur marşrutu ilə bağlı İrəvan konkret addımlar atmalıdır - Rusiyalı analitik
Hazırda oxunan: Zəngəzur marşrutu ilə bağlı İrəvan konkret addımlar atmalıdır - Rusiyalı analitik
172641
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.