Paşinyan Putini aldadıb – “Sputnik V” Ermənistanda qeydiyyata alınmayıb”

Hazırda oxunan: Paşinyan Putini aldadıb – “Sputnik V” Ermənistanda qeydiyyata alınmayıb”

17172

Rusiyaya məxsus “Sputnik V” peyvəndi Ermənistanda qeydiyyata alınmayıb, lakin Paşinyan Putinə “Bəli” cavabını verib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə və Əmək Müfəttişliyinin Dərmanlar şöbəsinin keçmiş rəhbəri Vaqe Minasyan öz Facebook səhifəsində yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın Putindən istəmədiyi şey qalmadı: AES, Doza, Hərbi əməkdaşlıq...


“Siyasət olmadan və aşıya qarşı təbliğat aparmadan mənim müşahidəm tamamilə peşəkar xarakter daşıyır.

Belə bir dərmanın ölkədə dövlət qeydiyyatını dəyərdən salmaq və alçaltmaq mümkündürmü?

İndi faktlara gəlim. Putin baş nazirə xüsusi bir sual verir: "Sputnik Ermənistanda qeydiyyatdan keçibmi?".

"Bəli", deyə baş nazir cavablandırır.

Halbuki onun peyvəndi Ermənistanda qeydiyyata alınmayıb. Mən vəzifədə deyiləm, amma bunu rəsmən elan edirəm. 

Yeri gəlmişkən, demək istərdim ki, dövlət qeydiyyatı olmayan dərmanlar Ermənistana dövlət ehtiyacları olanda və Dərmanlar haqqında qanunda nəzərdə tutulan bir sıra digər hallarda idxal edilə bilər.

Bəlkə də suala başqa cür cavab verilməli idi, amma fərqli cavab verildi ․․․ Təəssüf.

Hər halda bir neçə seçim var. Bəlkə də səhv xəbər verildi və səhv cavab verdi, amma bunun artıq əhəmiyyəti yoxdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin