Azərbaycan və Türkiyənin müdafiə nazirləri - Zakir Həsənov və Hulusi Akar videoformatda görüş keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
"Ən qısa zamanda Qarabağ minalardan təmizlənəcək" - Hulusi Akar
44 gün davam edən qarşıdurmanın sonunda Azərbaycan ordusunun möhtəşəm bir zəfər qazandığını söyləyən nazir Akar "Bir millət, iki dövlət prinsipi çərçivəsində hər sahədə güclənən qardaşlığımız, birliyimiz və həmrəyliyimiz, demək olar ki, Qarabağın azad edilməsi ilə pərçimlənmişdir".
"Bunu bütün dünya gördü. Türkün yumruğu erməninin başına endi. 30 ildən bəri davam edən haqsızlıq, oradakı qardaşlarımızın sıxıntıları, çox şükür ki, sona çatdı. Buradakı qalibiyyət tarixə qızıl hərflərlə yazılacaq”, deyə vurğulayıb.
Bizim.Media