Yaxın Şərqdə SAVAŞ BÖYÜYÜR – İran İsraili təhdid etməklə kifayətlənəcək, YOXSA...

Hazırda oxunan: Yaxın Şərqdə SAVAŞ BÖYÜYÜR – İran İsraili təhdid etməklə kifayətlənəcək, YOXSA...

170984

İsrailin Suriyada həyata keçirdiyi hava hücumu nəticəsində İranın SEPAH qruplaşmasının yüksək rütbəli generalı Seyid Razi Musəvi öldürülüb. Buna cavab olaraq, İran Prezidenti Rəisi İsraili tənqid atəşinə tutaraq, cavab tədbirlərinin görüləcəyini qeyd edib.

Yaranmış vəziyyətdə İranın intiqam təhdidlərinə qarşı İsrail ordusunu hazır vəziyyətə gətirib. Bu fonda bir sıra təhlilçilər İranın da İsrail-HƏMAS qarşıdurmasına qoşula biləcəyini düşünürlər. 

Görəsən, bu fonda İran da savaşa daxil olacaq?

Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov Tehranın İsraillə birbaşa savaşa qoşulacağını düşünmür. Onun fikrincə, İran öz intiqamını “Hizbullah” və husiləri dəstəkləməklə həyata keçirməyə çalışacaq:

“İsrailin Suriyada SEPAH və İrana qarşı apardığı mübarizə sözsüz ki, Tehranı qıcıqlandırır. Belə vəziyyətdə İran İsrailin bu hərəkətlərinə əks zərbələrlə cavab verməyə çalışır. Amma istənilən halda indiki dövrdə hamıya bəllidir ki, İranın öz sərhədindən kənarda hansısa bir hərbi əməliyyata bilavasitə qoşulma ehtimalı ümumiyyətlə yoxdur və yaxud bu ehtimal kifayət qədər aşağıdır. 

İran daim xaricdəki müxtəlif dəstələri, “Hizbullah” və husiləri dəstəkləməklə, daha çox onlara kənardan yardım göstərməyə üstünlük verir. 

Özü birbaşa hansısa bir hərbi əməliyyata isə daxil olmur. SEPAH-ın gizli şəkildə, yaxud İran hərbi kəşfiyyatına bağlı qüvvələrin pərdə arxasında, İraq və Suriya kimi ərazilərdə müxtəlif diversiya fəaliyyəti həyata keçirdiyi isə bəlli məsələdir. 

İsrail Suriyada artıq neçənci dəfədir ki, İrana qarşı uğurlu əməliyyat keçirir. Daha əvvəl ABŞ qoşunları Qasım Süleymaninin timsalında İranın yüksək rütbəli generalını öldürmüşdü. İndiki vəziyyət fonunda İsraillə İran arasındakı gərginlik yüksək həddə çatacaq. 

Ancaq bu savaşa səbəb olmayacaq. 

İranın dövlət hədəflərindən biri İsraili dövlət olaraq yox etməkdən ibarətdir. Bunun özü əslində ciddi siyasi qalmaqala səbəb olmaqla hərbi savaş üçün bəhanə ola bilər. İranla İsrailin öz aralarında savaşa start verəcəklərini düşünmürəm”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin