Lukaşenkodan PROQNOZ: “Ermənistan başına gələcək fəlakətlərdən qaça bilməyəcək” - VİDEO

Hazırda oxunan: Lukaşenkodan PROQNOZ: “Ermənistan başına gələcək fəlakətlərdən qaça bilməyəcək” - VİDEO

170766

“Ermənistan başına gələcək fəlakətlərdən heç yere qaça bilməyəcək. Onlar Əfqanıstanda ABŞ-ın köməyi kəsildikdən sonra insanların aqibətini görmürdülər? Eyni vəziyyət Ermənistanın da başına gələcək. Düşünürsüz ki, bütün bunlar baş verməyəcək? Baş verəcək, çünki bu, Avropanın və Fransanın siyasətidir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İttifaqı Ali İqtisadi Şurasının  Zirvə Toplantısından öncə jurnalistlərlə söhbətində danışıb.

O qeyd edib ki, Fransa hazırda regionda nə isə etməyə çalışır: “Fransada baş verənləri görürsünüz, birinci öz problemlərini həll etsinlər, sonra Qafqaza müdaxilə etsinlər. Onlar ölkədə olanlara çözüm tapa bilmirlər, amma regionun problemini həll etməyə çalışırlar.
Bunların da hamısını ermənilər yaxşı bilirlər. Sadəcə olaraq, ictimaiyyət qarşısında baş verənlərlə, kənarda olanlar tamam başqadır. Əsas proseslər ictimaiyyətin nəzarətindən kənarda baş verir”, - deyə Lukaşenko vurğulayıb.
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin