Ermənistanın baş naziri Nikol Paşinyan Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün Sankt-Peterburqa gedib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın Nazirlər Kabineti yayıb.
Xatırladaq ki, Ermənistan rəsmiləri dəfələrlə bu səfərin baş tutmayacağı anonsunu vermişdilər. Rusiya xarici işlər nazirliyinin rəsmisi Mariya Zaxarova isə mətbuata son açıqlamasında "Paşinyanı Sankt-Peterburqda gözləyirik" fikirlərini səsləndirmişdi.
Paşinyanın cəsarət toplayıb Putinin yanına getməsi isə Ermənistanda birmənalı qarşılanmır.
Görünür, Rusiyanın vassalı olan Ermənistan artıq qoca qitənin nağıllarına inanmır və yenidən Kremlə doğru istiqamətlənmək istəyir. Bunun isə necə nəticələnəcəyini zaman göstərəcək.
Ancaq Paşinyan çox gözəl anlayır ki, Putin heç nəyi unutmur və son anda dəqiq zərbəni endirir. Priqojinin timsalında bu, artıq sübuta yetirilib.
Bizim.Media
- A-
- A
- A+
Region
11:02 / 25.12.2023
Paşinyan cəsarət toplayıb Putinin yanına getdi
Hazırda oxunan: Paşinyan cəsarət toplayıb Putinin yanına getdi
Hazırda oxunan: Paşinyan cəsarət toplayıb Putinin yanına getdi
170636
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.